Voskanyan qacmaq isteyerken olduruldu


[r32]
– xeber –
Kolumbiyada ELN (Milli Qurtuluş Ordusu) qruplaşması 6 aydır girov saxladıqları Rusiya və Ermənistan vətəndaşı Ersen Voskanyanın aprel ayında qaçmağa çalışarkən öldürüldüyünü açıqlayıb.
Avropa.info xəbər verir ki, bu açıqlama hökumətlə davam etməkdə olan sülh danışıqlarını təhlükəyə atıb.
ELN qruplaşması Ermənistan və Rusiya vətəndaşı Ersen Voskanyanı noyabr ayında girov götürmüşdü. Qruplaşma erməni Voskanyanın şimal-qərb Çoconun meşələrində zəhərli və nəsli kəsilməkdə olan tısbağalar topladığını bildirərək, onu nəsli kəsilməkdə olan heyvanların alveri ilə məşğul olmaqda günahlandırırdı.
“Yerson” ləqəbli ELN komandiri Voskanyanın qaçmaq üçün onlara əl bombası atdığını və bundan sonra vurularaq öldürüldüyünü açıqlayıb.
“Əl bombası partladı. Bir neçə adamımız yaralanıb. O isə qaçdı, vuruldu və öldü. Meyitlə bağlı məsələni müzakirə edəcəyik”.
Kolumbiya hökuməti isə ELN-in iddiası haqqında hər hansı bir məlumatı olmadığını, əllərindəki ən son məlumatın ELN-in Voskanyanın qaçdığını elan etdiyi açıqlama olduğunu bildirib. Hökumət səlahiyyətlilərindən biri məsuliyyətin ELN-in üzərində olduğunu deyib.
ELN-in bu açıqlamasından sonra 53 ildir davam edən müharibənin bitməsi üçün başladılan danışıqlar çətinə düşüb.
Qeyd edək ki, Ekvadorun paytaxtı Quitoda hökumətlə ELN üsyançıları arasında danışıqlar gedir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org