Venesuela Bakini da danisiqlara qatdi – Neft hasilati

10:51 – xeber – Neft hasilatının azaldılması ilə bağlı Azərbaycan da daxil olmaqla Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan böyük neft hasilatçıları Rusiya və Omanla aktiv danışıqlar aparılır.
 
Azərtac xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib.
 
Nazir bildirib ki, əgər OPEC-ə üzv ölkələrin Əlcəzair görüşündə gündəlik neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi qeyri-rəsmi razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi təsir edə bilər. Lakin yekun qərar OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək yığıncağında veriləcək.
 
“Əgər həmin qərar qəbul olunarsa neftin qiyməti normallaşa bilər. Fikrimcə bu zaman qiymətlər sentyabr ayının orta qiymətindən 10-16 dollar yüksək olacaq. OPEC gündəlik hasilatı 0,7 milyon barrel azalda bilər. OPEC və kartelə üzv olmayan ölkələr arasında əldə olunacaq razılığa əsasən, neft təklifinin əlavə olaraq 0,5 milyon barrel azalması mümkündür. Hasilatın stabilləşdirilməsi istiqamətində hazırda Oman, Rusiya və Azərbaycanla aktiv danışıqlar aparılır”, – nazir qeyd edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org