Vekili Fuad Qehremanlinin saxlanma seraitinden danisdi

29 Dekabr 2015 14:27 – xeber –
Nardaran hadisələri zamanı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı vəkili ilə görüşüb. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil bildirib ki, F.Qəhrəmanlının saxlanma şəraiti və səhhəti ilə bağlı heç bir problemi yoxdur: "Onunla görüşdüm, şikayəti yoxdur, vəziyyəti normaldır. Keçən dəfə rəsmi müraciət edəndən sonra onun telefonla danışığına da icazə verilib və artıq ailəsi ilə telefonla danışır".
F.Mehdiyev qeyd edib ki, yaxın günlərdə F.Qəhrəmanlının ailə üzvləri ilə görüşünə də icazə veriləcək. F.Qəhrəmanlının evində aparılan istintaq zamanı evdən götürülən kompüter və mobil telefon isə istintaqda saxlanıldığından hələlik ailəsinə təhvil verilməyib.
Vəkil bildirib ki, hazırda onlar F.Qəhrəmanlının barəsindəki cinayət işinin ayrıca icraata verilməsi barədə də məsələ qaldırıblar: "Biz istəyirik ki, cinayət işi Nardaran işindən ayrılsın və ayrıca icraata verilsin. Hazırda bununla bağlı iş gedir".
Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması – zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.
F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org