Vaxtasiri tibbi muayineden kecmeli olan vetendaslar ucun yeni xidmetler istifadeye verilib

29 Dekabr 2015 11:31 – xeber –
Azərbaycanda müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlarla (obliqat qruplar) bağlı yeni xidmətlər istifadəyə verilib.
Azərbaycan Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə Trend-ə deyib ki, yeni xidmətlər obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi və obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıqdır. Yeni xidmətlər artıq "Elektron səhiyyə" portalına yerləşdirilib.
C.Əsədzadə qeyd edib ki, obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi xidmətindən istifadə etmək üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə İCAZE sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) ilə göndərməlidir. Sistem qısa müddət ərzində vətəndaşın işə buraxılma icazəsinin olması barədə məlumatı abonentə göndərir.
Obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıq xidmətindən istifadə üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə OBLİQAT sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Sistem qısa müddət ərzində vətandaşın növbəti müayinə tarixi barədə məlumatı abonentə göndərir. Əgər müayinə yoxdursa, ilkin müayinə tarixi barədə məlumat göndərilir. Xidmətlərdən bütün mobil operator istifadəçiləri yararlana bilərlər.
Xidmətlərin məqsədi obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında həyata keçirilməsini təmin etməkdir.
C.Əsədzadə qeyd edib ki, istifadəyə verilən yeni xidmətlərdən biri də "Xəstəliklərin Beynəlxalq Təsnifatından məlumatların verilməsi" xidmətidir.
Mərkəz direktorunun sözlərinə görə, hazırda "Elektron səhiyyə" portalı vasitəsilə səhiyyə sahəsi üzrə vətəndaşlara 37 elektron xidmət göstərilir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org