Vatikanda azan seslendi – Ermeni terroru

10:50 – xeber – Xristian dinin mərkəzlərindən hesab edilən Vatikanda azan səsi yüksəlib.
 
ANS-in məlumatına görə, Romadakı Vatikana aid dəbdəbəli sarayda – Cancelleriada ötən gün ASALA terror təşkilatı tərəfindən 1977-ci ildə qətlə yetirilən Türkiyənin Vatikandakı səfiri türk diplomat Taha Carım anılıb. 
 

Anım Qurandan ayələrin oxunması ilə başlayıb. Daha sonra qonaqlar üçün iftar süfrəsi açılıb. Mərasimdə həm Türkiyə, həm də İtaliyanın dövlət rəsmiləri, din xadimləri qatılıblar. 
 
Freskalarla bəzədilən salon Vatikan və Türk bayraqları ilə bəzədilib. Anım erməni terroru qurbanının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. 
 
Səfir Mehmet Paçacı sələfi olan Taha Carımın 9 iyunda 1977-ci ildə erməni terror təşkilatı olan ASALA tərəfindən iqamətgahı önündə qətlə yetirildiyini deyib. Hadisədən 3 gün sonra o zamankı Papa 6 Paul Müqəddəs Pyotr meydanında hücumu pisləyən açıqlama verib. 
 

Səfir jurnalistlərə açıqlamasında şəhid olan diplomatın amım mərasiminin Ramazan ayına təsadüf etdiyi üçün iftar verdiklərini deyib.
 
Qeyd edək ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının "soyqırım" haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra  erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlib. 2015-ci il aprelin 12-də Vatikandan geri çağırılan səfir Mehmet Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı. 
 
ASALA terror təşkilatları müxtəlif illərdə (1970-80) Avropa şəhərlərində onlarla türk diplomatını qətlə yetirib. 
 

 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org