Vasinqton İrana qarsi yeni sanksiyalar hazirlayir

6 Yanvar 2016 08:48 – xeber –
ABŞ administrasiyası bir neçə gün əvvəl sınaqdan keçirilən raket sınaqlarına görə İrana qarşı tətbiq edəcəyi yeni sanksiyaların texniki detallarını nəzərdən keçirir. 
Olkem.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.  
 
Xatırladaq ki, İran oktyabrın 11-də uzaqmənzilli ballistik raketlərini uğurla sınaqdan keçirib.   
 
"Biz ballistik raketlərin buraxılışına çox ciddi yanaşırıq və sanksiyalardan istifadə etməyə tam hazırıq, hazırda biz bəzi  texniki detalları nəzərdən keçiririk", deyə Kirbi qeyd edib.
 
Qeyd edək ki, İrana qarşı yeni sanksiyaların keçən həftə tətbiq ediləcəyi gözlənilirdi. Jurnalistin "Sanksiyaların tətbiqinin təxirə salınması Tehranın xəbərdarlığı ilə bağlıdır?" sualına Kirbi cavabında  qərarların xarici təsirlər əsasında deyil, ABŞ-ın daxilində konsensusa nail olunmaqla verildiyini qeyd edib.  O həmçinin əlavə edib ki, məsələ ilə bağlı hələlik Vaşinqtonda müxtəlif qurumlar arasında aktiv diskussiyalar davam etdirilir.
 
Bununla belə, Kirbi sanksiyaların tətbiqinin Dövlət Departamenti tərəfindən İranla nüvə sazişinin pozulmasından ehtiyatlandığına görə  təxirə salınması barədə yayılmış  xəbərləri əminliklə təkzib edə bilməyib.   
 
Dekabrın sonunda İran prezidenti Həsən Ruhani ABŞ tərəfindən sanksiyaların mümkün genişləndirilməsinə cavab olaraq Müdafiə Nazirliyinə raket proqramının genişləndirilməsinə dair göstəriş verib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org