Vasif Sadiqov Qrandi ile gorusdu

00:12 – xeber – İyunun 1-də BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki baş qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov ilə BMT-nın Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi arasında görüş keçirilib.
 
Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMTQAK arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, iki tərəf arasında mövcud olan uğurlu əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Daimi nümayəndə V.Sadıqov Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzün qurbanları olan çoxsaylı qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində BMTQAK-ın ölkəmizə göstərdiyi dəstək və yardıma, eləcə də onun ümumilikdə Azərbaycandakı fəaliyyətinə görə ali komissar F.Qrandiyə Azərbaycan höküməti adından təşəkkürünü bildirmişdir.
 
Daha sonra V.Sadıqov ali komissar F.Qrandiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınma prosesinin hazırki vəziyyəti, aprel ayında Ermənistan tərəfindən atəşkəsin genişmiqyaslı pozulması halları haqqında məlumat təqdim etmişdir.
 
F.Qrandi münaqişə bölgəsində mövcud olan humanitar vəziyyətin BMTQAK tərəfindən müşahidə olunmasını bildirmiş, bu qurum ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək gələcəkdə də ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə ümidvar olduğunu ifadə etmişdir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org