Varli ve kasib ucun ayri qanun… – Millet vekili


[r32]
– xeber –
Hər gün baş verən ağır avtomobil qəzaları, ölüm xəbərləri insanı dəhşətə gətirir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ötən gün Heydər Əliyev prospektində baş verən dəhşətli qəzaya münasibət bildirərkən millət vəkili Qənirə Paşayeva yazıb.
Millət vəkili gənclər arasında avtomobil idarəetmə ilə bağlı peşəkarlıqla yanaşı, məsuliyyət hissinin də aşağı olduğunu bildirib:
“Sürətlə avtomobil idarə etmək, diqqətsizlik, başqalarının həyatına qarşı məsuliyyət hissinin zəif olması ciddi faktorlardandır. Nəticədə günahsız insanlar kimlərinsə dəhşətli xətalarının qurbanına çevrilir. Qanunlar və yol qaydaları hamımız üçündür. Varlı və kasıb üçün ayrı qanun, qaydalar yoxdur. Eyni zamanda, bəzi məsələlərə yanaşmamızı dəyişməliyik. Bir neçə il bundan əvvəl yeni avtomobil alan bir qohumuma hər zaman kəməri tax dediyimdə “Qənirə xanım, o qədər adam taxmır ki”, deyə cavab vermişdi. Təxminən 15-20 dəqiqə ona kəmərin taxılmasının ilk növbədə onun və hamımızın təhlükəsizliyimiz üçün lazım olduğunu izah etməyə çalışmışdım və ondan sonra məni görəndə hər zaman kəməri taxdığını deyirdi. Yol hərəkəti qaydalarına toplum olaraq əməl etmək təkcə özümüz deyil, hamımızın təhlükəsizliyi üçün çox vacibdir. Özəlliklə cəmiyyətdə tanınan insanlar buna daha çox əməl etməlidir ki, başqalarına da yaxşı örnək olsunlar”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org