Vanil – hem edviyyat, hem de derman

4 Yanvar 2016 17:04 – xeber –
Bu ətirli ədviyyat bütün dünyada tanınır. Vanil müxtəlif mətbəxlərdə şirniyyatlara, içkilərə, hətta ət xörəklərinə əlavə olunur.
Olkem.az saglamolun.az-a istinadən xəbər verir ki, bu ədviyyat sarmaşan bitki liana nəslindən alınır. Əsl vanil uzun tünd qəhvəyi rəngdə borucuqlar şəklindədir. Vanil üyüdülür, yeməklərə və şirniyyatlara əlavə olunur. Əsl vanil çox bahalıdır. Bu səbəbdən bir çox hallarda onun ucuz analoqu – vanilin istifadə olunur. Vanilinin qoxusu təbii vanili xatırladır. Lakin vanilin təbii ədviyyatın müsbət xüsusiyyətlərindən məhrumdur.
Təbii vanil tək ədviyyat deyil, bu həm də müalicəvi vasitədir. Vanil güclü antidepressant xüsusiyyətlərinə malikdir. Vanilin qoxusu orqanizmdə "xoşbəxtlik hormonu" adlandırılan serotoninin ifrazını artırır. Nəticədə insanın əhval-runiyyəsi yaxşılaşır, yorğunluq, stress, həyəcan azalır. Vanilin insanın əqli fəaliyyətinə də müsbət təsir edir, yaradıcılığı stimullaşdırır.  
Aromalampaya 1-2 damcı aromatik vanil yağını damızdırın və ya vanil yağı ilə vanna qəbul edin. 5 damcı vanil yağını 100 q südə əlavə edib yaxşı qarışdırın və sonra bu  qarışığı vannaya əlavə edin. Belə vannanı 15 dəqiqə ərzində qəbul edin. Stress və depressiya zamanı belə müalicəvi vannalar çox yaxşı kömək edir.    
Alimlərin fikirinə görə, təbii vanil orqanizmdə xərçəng hüceyrələri ilə mübarizə aparır. 
Vanil qədim zamanlardan ən güclü afrodiziaklardan biri sayılır. Bu o deməkdir ki, vanilin qoxusu cinsi meyli artırır.  
Vanil kosmetologiyada çox geniş istifadə olunur. Vanil yağı dəriyə, saçlara çox müsbət təsir edir, dərini cavanlaşdırır, nəmləndirir, tonuslaşdırır, daha dartılmış və hamar edir. Ev şəraitində bir neçə damcı vanil yağını üz və ya bədən kreminə, skraba, losyona, şampuna əlavə etmək olar.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org