Valyuta tenzimi qaydasi deyisdi

15:33 – xeber – Milli Məclis bu gün keçirilən plenar iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklikləri qəbul edib.
 
Trend-in məlumatına görə, dəyişikliklərə müvafiq olaraq rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığım tam məbləğdə dövlət büdcəsinə ödənilir.
 
Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdı.
 
Milli Məclisin sədri Prezidentin qaytardığı "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanunu Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib.
 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, Prezidentin "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanunun məqsədəuyğun olmaması barədə təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.
 
Yeni dəyişikliklərə əsasən, əməliyyatların həcminin 20 faizi miqdarında icbari yığım rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslər tərəfindən (banklar və sığorta şirkətləri istisna olmaqla) birbaşa investisiyalar, qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin, eləcə də daşınmaz əmlak hesab olunan əmlaka görə haqqın əldə edilməsi üçün çıxarılan xarici valyutaya aid edilir.
 
Bundan başqa, dəyişikliklərə əsasən, rezident olan hüquqi şəxslər tərəfindən Azərbaycan şirkətlərinin xarici nümayəndəliklərinə, filiallarına və törəmə strukturlarına köçürmələr qismində çıxarılan xarici valyutaya ildə 50 min dolları üstələyən məbləğin 20 faizi miqdarında icbari yığım qoyulacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org