V Baki Beynelxalq Humanitar Forumu basladi

10:07 – xeber – Azərbaycan paytaxtında yerləşən Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev forumda iştirak edir.
 
Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən siyasət, elm və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 6 "dəyirmi masa" keçiriləcək.
 
Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin forum iştirakçılarına müraciəti səsləndiriləcək, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrin və YUNESKO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış edəcək.
 
Forum çərçivəsində iştirakçılar "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru"; "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi"; "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu"; "Davamlı inkişaf və ekoloji sivilizasiya"; "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər"; "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzularında fikir mübadiləsi aparacaqlar.
 
Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
 
2010-cu ildən keçirilən forumun təşəbbüsçüləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın o zamankı dövlət başçısı Dmitri Medvedyev olub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org