"Üzumuzu, bedenimizi bezedik – sen deme, muselmana olmazmis…" (FOTO)

29 Dekabr 2015 09:35 – xeber –
"Uşaqlıq, yeniyetməlik illərimizdə bütün qadınlar, qızlar belə edirdilər. Gözəl görünmək istəyirdik. Amma indisə bizə deyirlər ki, bəs belə olmazmış. Deyirlər ki, islamda belə işlər haramdır, günahdır".
Əlcəzairdə yaşayan 80-90 yaşlı bu qarıların üzləri, boyunları, qolları, əlləri, bədənləri döymələrlə bəzədilib. Onillər, qərinələr əvvəl əlcəzairli qadınlar arasında döymələr dəb idi.
İndisə qadının bədənində döymənin haram əməl, günah olduğu deyilir onlara.
Olkem.az Daily Mail-ə istinadən bildirir ki, Əlcəzairin şimal-şərqindəki Ores dağının ətəklərində yaşayan "şauya" adlı bərbər tayfasının mənsubu olan bu qadınların 80-90, hətta 100 yaşları olsa da, onlar özlərini cavan hiss etdiklərini deyirlər.
"Mən cavan olanda üzü, qolları döymələrlə bəzəmək dəbdi. Mən də daha gözəl görünmək üçün bunu etdim. İndisə mənə deyirlər ki, sən demə, günah iş tutmuşam, pis əməl etmişəm", – 106 yaşlı Fatma Tarnuni söyləyir.
73 yaşlı Aişə Cəlalın sözlərinə görə, 25 yaşında üzünü və qollarını döymələrlə bəzəyib: "Yaşıdlarımdan, başqa qızlardan daha qəşəng görünmək istəyirdim. Bədənimi süslədim. Amma indi günah olduğunu anladım".
"Bədənimdəki döymələrin haram olduğunu anlayandan sonra günahımı yumaq üçün bütün gümüş bəzəklərimi yoxsullara payladım. Ağladım. Hiss edirəm ki, göz yaşımın hər damlası döymə günahımın bir hissəsini yuyub", – 73 yaşlı Aişə Cəlal deyir.
74 yaşlı Dcena Benzəhranın sözlərinə görə, bədənindəki döymələrin haram olduğunu anlayandan sonra özünü çox pis hiss edir.
"9 yaşım olanda anam daha gözəl görünməyim üçün üzümlə qollarıma döymələr etdirdi. Yadımdadır, ağlayırdım, qışqırırdım, istəmirdim. Çünki bədənimə döymə vuranda iynələr məni incidirdi. İndisə anama imkan verdiyim üçün peşmanam. Bütün gümüş bəzəklərimi yoxsullara payladım ki, bəlkə, günahımı yuyum", – Benzəhra deyib.
80 yaşlı Fatma Həddadsa 18 yaşında üzünə döymələr vurdurub. Dediyinə görə, indisə həmin döymələrin silinməsini istəyir.
 

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org