Üzeyir beyin cap olunmamis zarafatlari

11:00 – xeber – Tanınmış jurnalist, “Bakı-Baku” qəzetinin baş redaktoru Rauf Ağayev dahi bəstəkar Üzeyir Hacıbəyovla bağlı bir neçə xatirəni qələmə alıb.
 
Jurnalist bu xatirələri Üzeyir bəy Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi dövrdə onun assistenti olmuş Zaxar Yakovleviç Stelnikin danışdığını bildirib. O, qeyd edib ki, Stelnikin danışdığı xatirələri o illərdə qəzetə yazmaq olmazdı və buna görə də, onları üstündən uzun müddət keçəndən sonra qələmə alıb.
 
Dahi bəstəkarla bağlı iki xatirəni təqdim edirik:
 
"Karlar"
 
“Günlərin birində Dağıstandan vilayət partiya komitəsinin katibi Bakıya, Üzeyir bəyin evinə qonaq gəlir. Söhbət əsnasında qonaq xahiş edir ki, onu Müslüm Maqomayevlə tanış etsin.
 
Üzeyir bəy məmnuniyyətlə:
 
– Bu dəqiqə zəng vuraram, ona desinlər ki, tez bizə gəlsin. Şəxsən özü ilə telefonla danışmaq günü-gündən mümkünsüz olur. Qulağı ağır eşidir axı. Lap kar olub e. Xahiş edirəm onunla çox ucadan danışasınız. Yoxsa eşitmir və təkrar soruşmağa da utanır. Çox utancaqdır.
 
Otaqdan çıxıb Müslüm Maqomayevə zəng vurur. Deyir ki, Dağıstanın katibi bizdədi. Səninlə tanış olmaq istəyir. Tez gəl. Amma… amma bərkdən danış. Lap ucadan. Bədbəxt oğlu kar imiş. Eşitməyəndə də təkrar soruşmağa utanır. Nəzərə al.
 
Müslüm Mamqomayev gəlir. Qonaqla qucaqlaşıb öpüşürlər, qışqıra-qışqıra hal-əhval tutduqdan sonra qışqıra-qışqıra söhbətə başlayırlar. Çay gətirən Məleykə xanım evi bürüyən çığırtı-bağırtıdan, padnos əlində, yerində donub qalır. Üzeyir bəy isə kresloya yıxılıb gülməkdən uğunurdu. Az sonra qonaqlar da başa düşürlər ki, bu, Üzeyir bəyin növbəti zarafatlarından imiş.”
 
Bəxtimiz gətirib
 
“Üzeyir bəy heç vaxt tək yemək yeməzdi. Bu xasiyyətini hamı bilirdi. Mütləq kimi isə dəvət edirdi. Bir gün günorta zəng vurur Səid Rüstəmova. Onu evə, nahara dəvət edir. Səid and-aman eləyir ki, Üzeyir bəy, məni məzur tutun, bu dəqiqə yaxşı nahar edib durmuşam. Üzeyir bəy israr edincə Səid söhbəti uzatmır. Gəlir. İxtilat edirlər və Üzeyir bəy də yeməyini yeyir. Söhbətə başı qarışan Səid bir boşqab şorbanı içir. Sonra ikincini içir. Söhbətin şirin yerində girişir tabakaya. Bu vaxt Üzeyir bəy Məleykə xanımı səsləyir. O içəri girib:
 
– Bəli, Üzeyir bəy, – deyir.
 
– Ay Məleykə xanım, necə şanslı insanlarıq, bəxtimiz gətirib ki, Səid yeyib gəlib, – deyir.”

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org