Usaq paralimpiyacilari beynelxalq turnirde


[r32]
– xeber –
Azərsell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsi fəaliyyətini uğurla davam etdirir, belə ki, komitədə idman növlərinin sayı artırılaraq 6-ya çatdırılıb.
Şirkətdən Axar.az-a verilən məlumata görə, indi uşaqlar burda boccia, üzgüçülük, stolüstü tennis, cüdo, qolbol və əlil arabasında idman rəqsi ilə məşğul olurlar. Mərdəkan və Gənclik bərpa mərkəzlərində 32 uşaq boccia, Sumqayıt Paralimpiya kompleksində 40 nəfər üzgüçülük, Qaradağ tennis məktəbində 6 nəfər stolüstü tennis, Sumqayıt Paralimpiya Kompleksində 32 nəfər cüdo, Korlar Cəmiyyətinin binasında 20 nəfər qolbol, AF Mall ticarət mərkəzinin rəqs zalında isə 1 nəfər əlil arabasında idman rəqsi ilə məşğul olur. Bundan əlavə, “Azərsell”in dəstəyi ilə iyun ayında Naftalan Qaşaltı otelində təlim-məşq toplantısı keçirilib və bir qrup paralimpiyaçı uşaq müalicə-müayinə olunub.
Uşaq Paralimpiya Komitəsinin bu il üçün planları da artıq hazırdır. 4-9 sentyabr tarixlərində 2 idmançı Moskvada boccia idman növü üzrə keçirilən Beynəlxalq turnirdə iştirak edəcək. 2017-ci ilin noyabr ayında isə III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.
2014-cü ildən“Azərsell”şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi və ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.
Onu da qeyd edək ki, yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün köməyini əsirgəməyən “Azərsell Telekom” Uşaq Paralimpiya Komitəsinə dəstəyə görə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org