Ürek xestelikleri olan insanlar ucun FAYDALI MESLEHETLER

27 Dekabr 2015 22:00 – xeber –
Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur.
Olkem.az saglamolun.az-a istinadən bildirir ki,  ürək-damar sistemi xəstəlikləri çox yayılmış xəstəliklərdir. Lakin həkimlərin fikirinə görə müəyyən sadə qaydalara əməl edən xəstə özünü bu xəstəliklərin ağır fəsadlarından qoruya bilər. 
Bu qaydalar arasında:
– Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin. Daha çox balıq yeyin. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb. Əti həftədə 1-2 dəfə yeyə bilərsiniz. 
– Qidalanmanızda duzun həcmini minimuma çatdırın. Duz damarların sağlamlığına mənfi təsir edir. 
– Qidalanmanıza kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Kaliumla zəngin olan qidalar: üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s.
– Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın. 
– Marqarin, spred və s. kimi "yağları", fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları qidalanmanızdan çıxardın. Bu məhsullar insan orqanizminə ciddi ziyan vurur.  
– Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoqurt, kefir və s.). 
– Artıq çəkiniz varsa, arıqlayın. Həkimlərin müşahidələrinə görə, bədən çəkisinin azalması xəstənin vəziyyətini xeyli yaxşılaşdırır. 
– Həddindən artıq çox yeməyin. Bu bütün orqanizmin və o cümlədən ürəyin güclü  yükləməsinə səbəb olur. Orqanizmi "aldadmaq" üçün yeməyi daha kiçik boşqablara çəkin.  
– Siqaret çəkməkdən imtina edin. Bu pis vərdiş ürək-damar sistemi xəstəlikləri olan insanların həyatını qısaldır. 
– Spirtli içkilərdən imtina edin. Bu orqanizmin və o cümlədən ürəyin güclü intoksikasiyasına (zəhərlənmə) səbəb olur. 
– Çox yorulmayın, tez-tez istirahət edin, kifayət qədər yatın. 
– Gündə 2 dəfə açıq havada gəzin. Səhhətiniz buna yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olun (bu haqda həkimlə məsləhətləşin). 
– Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyi müalicə edin. Bunun üçün qidalanmanızda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır.  
– Streslərdən uzaq olun. Hər hansı söhbət, vəziyyət sizi qıcıqlandırır, əsəbləşdirirsə, söhbəti davam etməyin, bu insandan, yerdən və s. uzaqlaşın. Həkimlər sübut edir ki, KİV-i (televiziya, İnternet və s.) müasir insanlar üçün ciddi stress mənbəyidir. Bu səbəbdən insanlar televizorun və kompüterin qarşısında daha az vaxt keçirməlidir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org