Ukraynadan Azərbaycan vasitəsilə Çinə ilk reys…

18:55 – xeber – Bu gün Ukraynanın İlyiçevsk dəniz limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk reys həyata keçirilib.
 
Report Ukrayna KİV-inə istinadən xəbər verir ki, konteyner qatarın yola çıxması münasibətilə təşkil edilən mərasimdə Ukraynanın infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus, baş nazirin müavini Gennadi Zubko, Odessa vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvili, dəmir yolu idarəsinin rəhbəri vəzifəsini icra edən Aleksandr Zavqorodniy iştirak edib.
 
Marşrutun uzunluğu 5471 km-dir.
 
Marşrut "İpək Yolu"nun yeni istiqaməti və malların Ukraynadan Rusiya ərazisinə daxil olmadan adıçəkilən ölkələrin bazarlarına çatdırılması üzrə alternativdir. Marşrut xətti üzrə iki dəfə – İliçevsk – Batumi və Ələt – Aktau marşrut xəttində bərədən istifadə olunacaq.
 
Xatırladaq ki, yanvarın 14-də Azərbaycan, Ukrayna, Gürcüstan və Qazaxıstan rəqabət qabiliyyətini yüksəltmək üçün bi marşrut üzrə güzəştli yükdaşımaları haqqında protokol imzalayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org