15:47 – xeber – Ukraynanın Brovar rayonunun Litoçka kəndində güclü yanğın baş verib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qocalar üçün inşa edilmiş şəxsi evdə yanğında 17 yaşlı şəxs ölüb, 5 nəfər isə yaralanıb.
Hüquq-mühafizə orqanları qocalar evinin qeyri-qanuni tikildiyini bildirib. Yanğının televizorun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.
Ukrayna Prezidenti Pyotr Poroşenko yanğından zərər görən şəxslərə yardım edilməsi üçün göstəriş verib.