[r32]
– xeber –
Ukrayna və Gürcüstan NATO-ya üzv olmaq üçün hazır deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.
“Onlar bunun üçün çox iş görməli idi. İndi də hər iki ölkə üçün ediləsi bir çox iş qalıb”, – Volker bildirib.
Diplomatın sözlərinə görə, ABŞ bu iki ölkə üçün NATO-ya üzvlük barədə fəaliyyət planını hələ 2008-ci ildə təqdim etmək niyyətində olub. Lakin həmin vaxt da Ukrayna və Gürcüstan buna hazır olmayıb. Üstəlik bir sıra ölkələr də üzvlük məsələsinin əleyhinə çıxış ediblər.