Ugurumuzda ABŞ-in xususi desteyi var – Nazir

18:35 – xeber – XXIII Beynəlxalq Xəzər Neft və Qaz 2016 sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
 
Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ-ın xüsusi dəstəyi mühüm rol oynayıb. Nazir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək “Cənub Qaz Dəhlizi” layihəsi ilə üzrə işlərin icrasının qrafikə uyğun aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, “Şahdəniz -2” və Cənub Qafqaz Boru Kəməri üzrə işlərin 70%-nin tamamlanıb. N. Əliyev layihənin son seqmenti olan TAP-la bağlı da nikbinliyini ifadə edib. Nazir bildirib ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanla yanaşı, gələcəkdə Orta Asiya ölkələri, Misir, İraq və İrandan təbii qazın Avropa İttifaqı ölkələrinə ixracına imkan verəcək: "Hazırda Bolqarıstandan Yunanıstana birləşdirici kəmərin tikintisi gündəmdədir. Eyni zamanda, İtaliyadan onun şimal qonşularına, Albaniyadan isə Balkan ölkələrinə kəmərlərin çəkilməsi nəzərdə tutulur".
 
Öz növbəsində R. Dunniqan enerji sahəsində Azərbaycan-ABŞ əməkdaşlığını və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında rolunu yüksək qiymətləndirib. Azərbaycanı enerji diversifikasiyasında, eləcə də bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında etibarlı tərəfdaş adlandıran R. Dunniqan ölkəsinin Azərbaycana dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
 
Görüşdə həmçinin qlobal enerji bazarındakı son vəziyyət və digər perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org