Ücarvadli aktyorumuz, Turkiyedeki Nazimiz ve… – HEFTEBECER

27 Mart 2017 09:15 – xeber –
Olkem.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (118-ci say) təqdim edir.

Ötən həftə 69 şərh yazmısınız. Əksəriyyətiniz bəyəndiyinizi bildirsəniz də, irad bildirənlər də var. Əsas iradlar bundan ibarətdir ki, gülməli olmayıb. Razıyam, gülməli deyildi. Məsələn, Elzanın jurnalistləri yerinə oturtmağını deməyi necə gülməli ola bilər? Eynilə də digər xəbərlər. Həm də istədim ki, heç olmasa bir dəfə həqiqətləri gülmədən oxuyaq, müzakirə edək. Başladıq…
"Bozbash pictures" layihəsində Qılman obrazının ifaçısı İlkin Misgərli çox istedadlı aktyordu. Ən əsası oyununda təbiilik var. Amma bu açıqlaması heç yerinə düşmədi. Deyib ki, evliyəm, amma kənarda iki xanım saxlayıram. Ardınca bildirib ki, zarafat edir. Hər halda efir siması olan şəxslər belə məsələlərdə diqqətli olmalıdırlar. Birincisi, tamaşaçı bu adamlara baxıb nələrisə nümunə götürür. Hərçənd ki, indi efirdə nümunə götürüləsi az adam qalıb. İkincisi, belə bir açıqlama həm onun həyat yoldaşı, həm də öz təbirincə desək, saxladığı qadınlar üçün xoşagəlməzdir. İnandığım bir həqiqət var ki, heç bir iqtisadi böhran, müharibə Azərbaycan xalqına televiziyalarımızın vurduğu qədər ziyan vurmamışdı. Təsəvvür edə bilirsinizmi, Azərbaycanda hər gün 35-40 ailə dağılır. Bu, rəsmi statistikadır, mənim təxəyyülümün məhsulu deyil.
Özümüz özümüzü burada biabır etdiyimiz az idi. İndi də bizimkilər gedib Türkiyənin evlilik proqramlarında min hoqqadan çıxırlar. Naz adlı bir qız (?) var. Yanılmıramsa, orada bir oğlanla nişanlandı, sonra oğlan onu döydü, ardınca yeni elçilər, yeni elçiliklər… Nə sirdirsə, bu qız döyüldükcə, elçilərin də sayı artır. Ətəyi qısaldıqca, elçiliyə gələn oğlanların da boyu, çəkisi, maddi durumu müsbətə doğru dəyişir. Yeri gəlmişkən, bu yaxınlarda türk polisi bir əməliyyat keçirib və əxlaqsızlıqla məşğul olan qadınları saxlayıb. Saxlanılan 20 qadından 19-u azərbaycanlıdır. Utancverici mənzərədir.

Əvvəllər qadın üçün başqasının kişisindən uşaq dünyaya gətirmək ölümə bərabər idi. Amma indi həmin uşağı bəzəyib-düzəyib fotosessiyasını da elətdirirlər. Hələ bir saytlara da göndərirlər ki, dərc edin. Şəbnəm Tovuzlunun ana olması xəbərini oxuyanda yadıma düşdü.
"Eurovision" təmsilçimiz olmuş Səmra Rəhimli sosial şəbəkədə yazıb ki, Allah sizi heç nəyə və heç kimə möhtac etməsin. Saytlar da o xəbəri Səmranın yarıçılpaq fotosuyla dərc ediblər. Doğrusu, Səmranın yarıçılpaq olmayan fotosunu tapmaq bir az qəliz məsələdir. Amma o fotoyla, o arzular yaman yerinə düşürdü. Heç kimə və heç nəyə…
Aparıcı Mətənatə Əliverdiyeva ATV əməkdaşlarının toyunda rəqs edib. Sonra ürəyi soyumayıb, ayaqqabılarını çıxardıb başlayıb oynamağa. Şəxsən mən iki dəfə o görüntülərə baxdım, amma nəsə çatmırdı. Sizcə nə? Ay sağ olun, "şpaqat" çatmırdı. Mətanət ki oynadı, "şpaqat" açmadı, mən ona oynamaq demərəm. Bəs nə deyərəm? Elə-belə yola vermək. Ümumiyyətlə, bu dırnaqda yazdığım söz ki var, çox çörəkli işdir. Camaat o işdən pul qazanır, evinə çörək aparır. Məsələn, idmançılarımız. Təsəvvür edin ki, hansısa taekvondoçumuz, yaxud karateçimiz "şpaqat" aça bilmir, onda nə olar? Bəli, zərbələr ünvanına çatmaz. Aparıcı da belədir. Bir dəfə "şpaqat" açıbsa, yenə açmalıdır. Mətanətdən sonra bu işi təkrarlamaq istəyən bir neçə aparıcı oldu. Birinin topuğu sərpdi, birinin "kalqotkası" cırıldı. Deməli, bu işin də peşəkarı olmaq lazımdır. 

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org