Ucara yirtici hucumu: Sakinler evden cixa bilmir

11:25 – xeber – Ucarın Şahlıq kəndi artıq neçə gündür yırtıcıların hücumuna məruz qalır.
 
Bu barədə Publika.az-a kənd sakini Rüfət Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, çaqqallar sürü ilə dəstə şəklində gəzərək həyətyanı sahələrə hücum edir, sakinlərin toyuq-cücələrini aparırlar. Sakinlərdə silah olmadığından onlar həyətyanı sahələrini şiferlə hasarlamağa başlayıblar: “Toyuqları hücumdan qorumaq üçün həyətin digər hissəsini də şiferlə hasarlamışıq. Bağ tərəfə keçən ev quşları bizim deyil. Dərhal çaqqallar oğurlayır. Bəzən lap gözümüzün qarşısında toyuqları aparırlar. Silahımız olmadığından heç nə edə bilmirik. Son 2 gündə 2-3 toyuğumuzu aparıb”.
 
Onun sözlərinə görə, yırtıcıların ovu səhər saat 10-da başlayır: “Hər dəstədə iki-üç, bəzən dörd çaqqal olur. Günorta sayları bir az artır. Axşamlar isə daha da çoxalır. Uşaqları həyətə, bağa buraxa bilmirik. Dəstə-dəstə ulaşanda bilirik ki, ev quşlarını oğurlamağa gəliblər. Son günlər ərzində kiminin qoyununu parçalayıb, kimin hinduşkasını, toyuğunu, cücəsini, qazını, ördəyini aparıb”.
 
Kənd sakini qeyd etdi ki, bəzi sakinlər tələ qurub: “Bir gecə tələyə beş çaqqal düşmüşdü. Sakinlər sanki qoyun otarırmış kimi toyuq-cücələri otarırlar. Bəzi qadınlar qorxularından bağlara keçə bilmirlər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org