Üc olke XİN-i Tiflisde gorusdu

19:38 – xeber – Gürcüstanin Xarici İşlər naziri cənab Mixeil Canelidzenin dəvəti ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri cənab Mövlüd Çavuşoğlunun iştirakı ilə 19 fevral 2016-cı il tarixində Gürcüstanın paytaxtı Tbilisidə üç ölkənin xarici işlər nazirlərinin Beşinci Üçtərəfli Görüşü keçirilib.
 
Axar.az nazirliyin saytına istinadən xəbər verir ki,  nazirlər üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə edib və regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə bölüşdükləri niyyətlərini bir daha qeyd edib.
 
 
Görüşdə Xarici işlər nazirlərinin əvvəlki Üçtərəfli Görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə və Qars Bəyannamələrindəki öhdəliklərinə sadiqlik vurğulanıb.
 
Nazirlər həmçinin 17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumlarını ən ağır sözlərlə mühakimə etdilər və bir daha terrorizmin əsl mahiyyətini ifşa etdilər. Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiq ediblər, türk xalqına dərin başsağlığı verdilər və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd ediblər.
 
Nazirlər 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsiniqiymətləndirdilər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar,gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini vurğulayıb.
 
 
Qeyd edək ki, növbəti görüşün 2016-cı ildə Azərbaycanda keçirilməsini qərara alınıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org