Tvinninq layihesinin ilk iclasi kecirildi

17:49 – xeber – Dünən Tvinninq layihəsi ilə bağlı nazirlikdə təsis olunmuş “Mədəniyyət Strategiyası və Planlaşdırma üzrə İşçi Qrupun” birinci iclası baş tutub.
 
Nazirlikdən Axar.az-a verilən məlumata görə, iclasda qrupun rəhbəri, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyəti və potensialı haqqında danışıb.
 
Nazir, qarşıya qoyulan məqsədlərin mədəniyyət sahəsinin inkişafı üçün çox vacib olduğunu və proseslərin əsasında praktiki nəticələrin əldə edilməsinin əsas məqsəd olduğunu bildirib. Həmçinin o, qrup iştirakçılarına layihənin icrası üçün hər mərhələdə dəstəyin göstərilməsini tapşırıb.
 
Yekunda layihənin Yerli Müşaviri Alessandro Bianki və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov təqdimat edərək layihənin təfərrüatları və iş bölgüsü haqqında danışıblar.
 
İki əsas komponentdən ibarət olacaq layihə iki il davam edəcək və Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon (bir milyon iki yüz min) avro olacaq.
 
Xatırladaq ki, “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin icrasına cari ilin 8 fevral tarixində başlanıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org