00:30 – xeber – Almaniyadakı türklər ölkə parlamentinin “erməni soyqırımı” ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmasına etiraz olaraq böyük mitinq planlaşdırır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbiri Türk-Alman Həmrəylik Platformu keçirəcək. Tədbir iyunun 1-də baş tutacaq. Etiraz aksiyasında Türkiyədən məşhur müğənnilər və futbolçuların iştirak edəcəklər.
Qeyd edək ki, Almaniya Parlamenti “erməni soyqrımı”nın tanınması ilə bağlı qanun layihəsini iyunun 2-də müzakirəyə çıxaracaq.