Turkiyeye qarsi bunu niye etdi? – Kudaseff

23:23 – xeber – “DW” baş redaktoru Aleksander Kudaşeff qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnaməni qəbul etdiyi üçün Bundestaqı tənqid edib. Agentlik rəhbəri deyib: “Bundestaq bunu niyə etdi? Buna mənəvi, üstəlik alman təkəbbürü də daxil olmaqla hansısa başqa səbəb vardımı? Əslində, heç bir real səbəb yoxdur.
 
AzərTac xəbər verir ki, A.Kudaşeffin sözlərinə görə, bu, partiya nümayəndələri vasitəsilə bütün almanların adından danışan Almaniya Bundestaqının müzakirə edəcəyi məsələ deyil. O deyib: “Bu yalnız təkəbbür deyil, həm də lovğalıqdır. Bu, başqa ölkənin daxili işlərinə müdaxilə, həddi aşmadır”.
 
“DW”-nin baş redaktoru fikrinin davamında əlavə edib: “Diqqət edin, söhbət əxlaqdan deyil, alman əqidəsindən, yəni almanların “üçüncü reyx” və İkinci Dünya müharibəsi, xüsusilə də Avropa yəhudilərinin kütləvi qətli ilə yadda qalan keçmişlərinə baxışından gedir. Bu, həqiqətən də nümunə kimi qəbul edilə bilər. Lakin bu, ilk növbədə, almanların daxili işidir. Onlar keçmişin irsini, mədəniyyət uğursuzluğunu qavramalı, alman keçmişinin təqsirini dərk etməlidir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org