Turkiyeye kamikadze axini guclenir – Bahar plani

01:20 – xeber – PYD terror təşkilatının nəzarətində olan Suriyanın Kobani bölgəsindən 2 kamikadze Türkiyəyə gəlib.
 
Publika.az  “Milliyyət” nəşrinə istinadən xəbər verir ki,  kəşfiyyat qurumları fevralın 17-də Ankarada törədilən terror aktından əvvəl Kobani ilə bağlantısı olan 2 kamikadzenin Türkiyədə olduğunu müəyyənləşdirib.
 
Fevral ayının ilk həftəsində “Serfinaz” kod adından istifadə edən Ramazan Turanın partlayışı maddələr üzrə mütəxəssis olduğu müəyyənləşdirilib. Bundan başqa, “Soren” ve “Dalika” kod adları olan Rəcəb Ekenin bu ilin bahar aylarında Türkiyədə genişmiqyaslı terror aktları həyata keçirmək istədiyi məlum olub.
 
Kəşfiyyat qurumlarının xəbərdarlığından sonra Ankara valiliyi hərəkətə keçib. Valilik xüsusilə Türkiyə Böyük Millət Məclisi, hərbi obyektlər, xarici ölkələrin diplomatik nümayəndəlikləri, turizm obyektləri, Esenboğa hava limanı, ibadət yerləri, metro stansiyaları, ticarət mərkəzləri kimi nöqtələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.
 
Kəşfiyyat qurumlarının təhlükəsizlik güclərinə göndərdiyi başqa bir yazıda Şırnak vilayətinin Uludərə mahalına gələn “Mordem” kod adlı İrfan Bakırın PYD liderlərinin təlimatı ilə Türkiyənin böyük şəhərlərinə terror aktlarının törədilməsi üçün göndəriləcəyi açıqlanıb. Məlumata görə, PYD lideri Saleh Müslimə bağlı kürd qrupları terror fəaliyyətinə açıq dəstək verir. Yanvarın 6-da təhlükəsizlik güclərinə göndərilən yazıda Türkiyədə terror aktları həyata keçirmək istəyən 14 terrorçunun adı açıqlanıb: Süheyl Muhsin, Mezil Yunis, Haydar İsa, Ali Əl Ali, Huhayyed Muhayyar, Nadir İbrahim, Leys Muhiddin, Basil Meyve, Tarık Karam, Zahir Hahıf, Hasan Mansur, Fərid Bəkir, Sehnan Seyya ve Rainiz Haydar.
 
Qeyd edək ki, Türkiyə ilə bağlı “Bahar planı”na dair informasiyalar hələ fevralın əvvəlində ortaya çıxıb. Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C), Marksist-Leninçi Kommunist Partiyası (MLKP), TİKKO və İnqilabçı Qərargah terror təşkilatlarının qanlı planlarını ifşa edib. Məlumata görə, terror təşkilatları Qəndildə PKK ilə görüşərək yazda böyük səs-küy gətirəcək terror aktlarının həyata keçirilməsi barədə razılaşıblar.
 
MİT və Türkiyə Milli Kəşfiyyat İdarəsi planlaşdırılan terror aktları barədə hesabat hazırlayaraq Daxili İşlər Nazirliyinə təqdim edib. Məlumata görə, DHKP-C, MLKP, TİKKO, PKK və İnqilabçı Qərargah terror təşkilatlarının nümayəndələri yanvarın 15-də Qəndildə görüşüb. Görüşdə PKK-nın Türkiyənin qərb vilayətlərinə göndərdiyi “fədai taqımları” ilə terror təşkilatlarının “ortaq strategiya” həyata keçirilməsi razılaşdırılıb. Böyük vilayətlərdə partlayıcı yüklü avtomobillərdən istifadə edilməsi mövzusunda razılıq əldə olunub.
 
Hesabata görə, “terror ittifaqı” Diyarbəkr, Şırnak, Hakkari, Batman, Sirt, Mardin, Muş və Ağrı vilayətlərində mart ayının ilk həftəsindən başlayaraq terror aktları həyata keçirməyi planlaşdırır. Məqsəd sözügedən ərazilərdə “azad edilmiş” bölgə elan etməkdir.
 
İddiaya görə, “Bahar planı”nın bir başqa məqsədi Suriyanın şimalında kürd dövlətinin qurulması üçün zaman qazanmaqdır. Bildirilir ki, baharda İraq və Suriyadan 10 min PKK-lı Türkiyəyə gələcək. Kəşfiyyatın əldə etdiyi məlumatda deyilir ki, PKK-nın “xəndək siyasəti” və terror aktlarınin məqsədi yeni Suriya xəritəsi çəkilərkən Türkiyənin masada olmasına imkan verməməkdir. Plana görə, Türkiyə şəhərlərdəki xəndəklərlə məşğul olduğu bir vaxtda Suriyanın şimalında heç bir əməliyyat keçirə bilməyəcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org