Turkiyenin ermeni deputati hamini aldatdi – Foto

16:38 – xeber – 12:53
 
Türkiyə Böyük Millət Məclisi HDP-nin İstanbuldan seçilən millət vəkili, əslən erməni olan Qaro Paylanın vizit kartını erməni dilində də dərc edib.
 
Bu barədə erməni deputat sosial şəbəkədə məlumat yayıb.
 
“TBMM vizit kartımı erməni və türk dillərində hazırlayıb. Dünya Ana Dili Günündə yerinə düşdü. Sağ əli bütün dillərə…”
 
Mənşəcə erməni olan deputatın bu faktı ilk kimi təqdim etməsi və kürdlərə də öz dillərində “vizit-kart” çağırışını şərh edən politoloq Fərhad Mehdiyev Axar.az-a açıqlamasında bu məsələnin şişirdildiyini deyib:
 
“Türkiyədə hər qurum işçilərinin vizit kartını rəsmi qaydada özü çap edir. Hər hansı bir şəxs ya müraciət əsasında, ya da standart forma təklif etməklə vizit kart əldə edə bilər. Əgər bir az fərqlisini istəyirsinizsə, özünüz də hazırlaya bilərsiniz.
 
 
TBMM-nin dizayneri böyük ehtimalla erməni dilini bilmədiyinə görə vizit kartın formasını Qaro Paylan verib. Burada əsas məqam odur ki, bu, millət vəkilinin vəsiqəsi yox, vizit kartıdır və bu, adi bir qaydadır”.
 
Ermənişünas İsmayıl Tanrıverdi isə Axar.az-a açıqlamasında HDP-nin İstanbuldan seçilən millət vəkili Qaro Paylanın vizit kartının erməni dilində dərcində maraqlı məqama diqqət çəkib:
 
“Vizit kartında ermənicə İstanbul əvəzinə, Polos sözü yazılıb. Çünki ermənilər İstanbula Polos deyirlər. Bu söz yunanca Konstantinopolos sözünün son hissəsidir. Hətta onlar “Polos ermənisi” deyəndə İstanbul ermənilərini nəzərdə tuturlar. Maraqlıdır ki, türklər də buna göz yumurlar. Əgər türklər Ermənsitana qarşı belə bir hərəkət etsələr, yəni Yerevana İrəvan desələr, dərhal bu ölkədən qovularlar”. 
 
Qeyd: Müqayisə üçün Türkiyə BMM üzvklərindən birinin millət vəkili vəsiqəsinin fotosunu da təqdim edirik.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org