20:17 – xeber – Türkiyənin Mardin bölgəsinin komendant saatı təyin edilən mahallarında küçəyə çıxma qadağası ləğv edilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Nusaybin, Ömərli və Midyat mahallarında komendant saatı ləğv edilib.
Mardin Valiliyindən verilən açıqlamada 3 mahalın 13 məhəlləsində küçəyə çıxma qadağasının aradan qaldırıldığı bildirilib. Qadağa bu gün Türkiyə saatı ilə 14:00-da ləğv edilib.