"Turkiyeni bir dovlet kimi legv etmek lazimdir"

– xeber – Tez-tez öz qeyri-ciddi fikirləri  ilə gündəmə gələn Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bu dəfə də qalmaqallı bəyanat səsləndirib.

 

ANS-in məlumatına görə,  o, "Rus xəbərlər xidməti” agentliyinə verdiyi müsahibəsində  Türkiyənin hərbi komendantı postunu tutmağa hazır olduğunu bildirib.

 

“Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm, necə ki 1945 –ci ildə marşal Jukov Berlində olmuşdu. İstanbulu Konstantinopol adlandırmaq, pravoslav məbədlərini bərpa etmək və rus dilini ikinci rəsmi dil elan etmək üçün”, – deyə V.Jirinovski gələcək planlarını da açıqlayıb.

 

RLDP lideri əlavə edib ki, Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır.

 

O bir məqamı da xüsusi vurğulayıb ki, “bu məsələnin həllində hərbi köməyi yalnız Rusiya göstərə bilər”.

 

Jirinovski onu da iddia edib ki, “kürdlər Ankaranı cəmi iki həftəyə ələ keçirməyə hazırdırlar, ermənilərə gəlincə, onlar da yüz il əvvəlki “soyqırımı”na görə qisas almaq istəyirlər”.

 

 RLDP sədri sonda qeyd edib ki, onun fikrincə, bu, irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq: “Çünki Avropa İttifaqı Türkiyəni müdafiə etmək fikrində deyil, NATO isə bu məsələyə qarışmayacaq, ən azı o səbəbdən ki, ona belə Türkiyə lazım deyil”.

 

Bir neçə gün öncə isə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəni böyük terror dalğası ilə hədələyib.

 

"Rossiya 1" telekanalının "Poyedinok" (Qarşıdurma) verilişində çıxış edən Vladimir Jirinovski Türkiyə ordusunun Suriyaya girəcəyi təqdirdə Rusiyanın atacağı addımlardan danışıb. Onun sözlərinə görə, Türkiyə şəhərlərinə kürd və erməni terrorçularının dəstəyi ilə terror hücumları ediləcək:

 

"Həmin andan bütün Türkiyədə terror hücumları başlayacaq. Hökumət binaları yanacaq, hərbi düşərgələr havaya uçacaq. Bunu kim elədi? Biz bilmirik. Bunu silahlı kürdlər elədi, bəlkə də erməni silahlıları. Yunanlar, bolqarlar, ərəblər. Onlar orda miylonlarladır. Biz hardan bilək, onlar partlayıcı qurğuları kimdən alıblar".

 

Rusiyalı siyasətçi  Ankarada baş vermiş partlayışı məşq adlandırıb: "Dünən məşq idi, sabah bütün Türkiyə yanacaq",- deyə Vladimir Jirinovski fevralın 17-si axşam saatlarında Ankarada baş vermiş qanlı terror aktından danışıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org