Turkiyeli nazir Bakida ziyalilarla gorusdu

18:55 – xeber – Türkiyənin mədəniyyət və turizm naziri, akademik, yazıçı Nabi Avcı sentyabrın 27-də Azərbaycan Milli Kitabxanasında ziyalılar, o cümlədən şair və yazıçılarla görüşüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, Nabi Avcının yaradıcılığından danışıb. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Milli Məclisin deputatları Qənirə Paşayeva, yazıçı-publisist Aqil Abbas və başqaları Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrdən söz açıblar. Çıxışlarda Azərbaycanda Türk Kitab Evinin açılması təklif edilib.
 
Türkiyəli nazir Nabi Avcı Azərbaycan ziyalıları ilə fikirlərini bölüşüb, bu görüş üçün hər kəsə təşəkkür edib.
 
Sonda qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Qarabağ xanəndələri” və “Azərbaycan xalçaları. İrəvan qrupu” kitabları təqdim edilib. Nabi Avcı nəfis şəkildə çap olunmuş “Fatih divanı və şerhi” kitabını Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org