Turkiyeden Rusiyaya qarsi movqe: ABŞ-a desteyin sebebi


[r32]
– xeber –
Türkiyə çox düzgün addım atdı və hesab edirəm ki, bunun müsbət nəticələri olacaq.
Bu sözləri Axar.az-a Türkiyənin ABŞ, Fransa və İngiltərənin Suriyaya təşkil etdiyi əməliyyatla bağlı mövqeyini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
“Türkiyə hələ NATO-dan çıxmayıb və alyansın üzvüdür. Ayrıca, Suriyada hərbi əməliyyatları aparan hər üç ölkə NATO üzrə Türkiyənin müttəfiqləridir. Bu səbəbdən Türkiyə hərbi əməliyyatları dəstəkləkməli idi. İkincisi, Türkiyə də Əsəd rejiminin dəyişdirilməsinə istəyir və dəfələrlə onun kimyəvi silahın tətbiq edilməsi yönündəki addımını pisləyib. Bu mənada müttəfiqlərinin Əsədə qarşı həyata keçirdiyi hücum Türkiyənin də ürəyincə idi. Doğrudur, son zamanlar Türkiyə müəyyən qədər NATO ilə birgə addım atmaq siyasətindən çəkinir və daha çox Rusiyaya meyillənirdi. Ancaq son hadisə ilə bağlı başqa cür addım Ankaranı çətin vəziyyətdə qoya bilərdi. Türkiyə Rusiya ilə əlaqə saxlasa da, Avropa Birliyi ilə danışıqlar aparır. Üstəlik, Qərb Türkiyəyə silah yardımı edir və sursatların böyük əksəriyyətini Fransa, Böyük Britaniya və ABŞ-dan alır. Bu nöqteyi-nəzərdən Türkiyənin Suriyada kimyəvi silah obyektlərinin məhv edilməsi ilə bağlı aparılan əməliyyatları dəstəkləməsi təqdirəlayiqdir və çox düzgün addımdır. Bu addım Türkiyənin NATO üzvləri, eləcə də ABŞ və müttəfiqləri ilə münasibətlərinin qaydaya düşməsində bir başlanğıc rolunu oynayacaq”.
Qeyd edək ki, ABŞ, Fransa və İngiltərənin ötən gecə Suriyaya zərbə endirməsini Türkiyə məmnunluqla qarşıladığını açıqlayıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org