– xeber – Türkiyə Xarici İşlər Nazirliyi Fransaya Avropa çempionatını izləmək üçün gedəcək vətəndaşlarına terror xəbərdarlığı edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, XİN Parisdə törədilən terror aktından sonra Fransa hökumətinin fövqəladə rejimi daha 2 ay uzatdığını bildirib.
XİN-in məlumatında qeyd edilir ki, Avro-2016 futbol çempionatı 10 iyun-10 iyul tarixləri arasında Fransanın Bordo, Lans, Lill, Lion, Marsel, Nitse, Paris, Sent-Denis, Sent-Etiyen və Tuluza şəhərlərində keçiriləcək.
"İnsanların kütləvi olaraq toplaşacağı məkanlarda terror təhlükəsinin olma ehtimalını nəzərə alaraq vətəndaşlarımızı bu risk barədə məlumatlandırmağı ehtiyac bilirik", – məlumatda vurğulanır.