15:22 – xeber – Ankara və Tel-Əviv ikitərəfli münasibətlərin normallaşdırılması haqqında müqaviləni imzalamağa yaxınlaşıblar.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu TRT televiziyasına müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. Onun sözlərinə görə, bu razılaşmanın imzalanması üçün hər iki tərəfə 1-2 görüş kifayət edəcək. O, İsrailin Qəzza sektoruna qarşı blokadanı arada qaldırmasının Türkiyə üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, İsrail-Türkiyə münasibətləri 2010-cu ildə İsrail hərbçilərinin “Mavi Mərmərə” gəmisinə hücumundan sonra pozulub. Bundan öncə iki ölkə arasında münasibətlər ən yüksək səviyyədə olub.