11:47 – xeber – Almaniya Bundestaqının 1915-ci il qondarma erməni soyqırımını tanıması iki ölkə arsında münasibətləri pik hədə çatdırıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qərardan sonra Türkiyə hökuməti alman jurnalistlərin İncirlik hərbi bazasına səfərini ləğv edib.
Tornado Komanda Mərkəzi məlumatı təsdiq edib.
Xatırladaq ki, Almaniya İŞİD-lə mübarizə məqsədi ilə “Tornado” tipli döyüş təyyarələrini İncirliyə göndərib. Çərşənbə günü jurnalistlərin mərkəzə baş çəkməsi nəzrədə tutulurdu.