21:34 – xeber – Türkiyədə tarix yazmaq istəyirik. Zəlzələ öncəsi yaranan xəbərdarlıqların həqiqi olduğunu, yəni təbiətin bu fəlakətdən bir neçə gün əvvəl xəbər verdiyini sübut etmək istəyirik.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri "NASA GeoCosmo"nun direktor müavini Ronald Karel deyib.
O, heyvanların qəribə davranışlarına görə, zəlzələnin öncədən müəyyənləşdirmənin mümkün olduğunu bildirib:
“Bunun insanlara təsiri üzərində çalışmağı düşünürük. Belə ki, Türkiyədə pilot layihə hazırlamağı planlaşdırırıq. Bu layihədə 2 məqam var: Yerdəki stansiyalar və peyk məlumatları. Stansiyalarla bağlı bir çox parametrlər yoxlanılacaq və sensorlar yerləşdiriləcək. Zəlzələ öncəsi meydana gələn 12 ədəd paremetr var. Bunları araşdırdıqdan sonra Cenevrədə toplantı keçirəcəyik”.