Turkiyede Rusiya bazasi yaradila biler? – Politoloq


[r32]
– xeber –
Əslində, Türkiyənin Rusiya istehsalı olan S-400-lərə o qədər də ehtiyacı yoxdur. Çünki Türkiyə bu raketlərin bənzərini artıq istehsal etməyə başlayıb. Müəyyən təkmilləşdirmələrdən sonra hətta həmin raketlərin analoqunu öz ərazisində istehsal da edə biləcək.
Bu sözləri politoloq Qabil Hüseynli S-400-lərin yerləşdirilməsindən əvvəl Rusiyanın Ankara qarşısında Türkiyə ərazisində hərbi baza yaradılması şərtini irəli sürəcəyi ehtimalını Axar.az-a şərh edərkən deyib. O bildirib ki, bu mümkünsüzdür:
“Çünki milli gəlirləri az qala Rusiyaya bərabər olan, bəzi sahələrdə hətta Rusiyanı qabaqlayan Türkiyə kimi bir dövlət buna imkan verməz. Bundan başqa, Türkiyə NATO ölkəsidir və belə bir addım atarsa, onun NATO-dan avtomatik çıxarılması gündəmə gələ bilər. Belə olduqda isə Türkiyənin təhlükəsizliyinə ciddi xələl gələ bilər”.
Politoloq qeyd edib ki, regionda ABŞ kimi nəhəng dövlətin varlığı diqqətdən yayına bilməz:
“Rusiya strateji addımları üçün Türkiyəni özünə daha da yaxınlaşdırmaq, hərbi-siyasi müttəfiqə çevirməyə çalışır. Bu müttəfiqliklə Türkiyəyə yağlı vədlər verərək, Yaxın Şərqdə hökmranlığa can atır. Amma nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə ABŞ kimi nəhəng qüvvə var və bu qüvvə ilə nə Rusiya, nə də Rusiya-Türkiyə birliyi qarşı-qarşıya gəlmək iqtidarındadır. Bögədə Rusiya hərbi bazalarına yer verilməsi tamamilə Türkiyənin strateji maraqlarına, hərbi doktrinasına, geostrateji arzularına uyğun gəlməz”.
Qeyd edək ki, Türkiyə mediasında S-400-lərin yerləşdirilməsindən əvvəl Rusiyanın Ankara qarşısında Türkiyə ərazisində Rusiya hərbi bazasının yaradılması şərtini irəli sürə biləcəyi ilə bağlı ehtimallar yayılıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org