00:04 – xeber – Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlar zamanı PKK-ya aid partlayıcılarla dolu tunel tapılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tunel Cudi məhəlləsində bir evin bağçasında aşkar edilib.
2 metr dərinlikdəki tuneldə tapılan partlayıcı qurğular dərhal zərərsizləşdirilib. Bundan əlavə, tuneldə terrorçulara aid ərzaq ehtiyatları və dərman vasitələri tapılıb.