22:28 – xeber – Türkiyənin Tendyürek dağı 6 hərbçini öldürən PKK terrorçularının tutulması məqsədilə mühasirəyə alınıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, pilotsuz təyyarələrin bölgədən görüntülər əldə etdiyi bildirilib.
Məlumata görə, Sikorski helikopterləri ilə əraziyə xeyli hərbi qüvvə gətirilib.
Əvvəlcədən müəyyənləşdirilən nöqtələrə havadan zərbələr endirildiyi bildirilib.
Xatırladaq ki, mayın 24-də Vanda PKK terrorçularının quraşdırdığı partlayıcının işə düşməsi nəticəsində 6 hərbçi həlak olmuşdu