Turkiyede basi kesilen azerbaycanlilarla bagli – Melumat

22:55 – xeber – Türkiyənin Düzcə bölgəsində başı kəsilən üç azərbaycanlı Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayon sakinləridir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki bacı – 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaları, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi  Sahib Şərifovun cəsədləri yaxın günlərdə Marneuliyə gətiriləcək.

Hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif versiyalar dolaşmaqdadır. Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını bildirib: “Marneulidə müxtəlif versiyalar yayılıb. Onların təbii qazdan zəhərləndikləri və onların öldürüldüyü barədə xəbərlər var”.

Məlumata görə, ölən Marneuli sakinləri hazırda ekspertizadan keçirilir və sonra onlar Marneuliyə göndəriləcəklər.

Xəbər verildiyi kimi, Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

“Haber Gazete”yə istinadən verilən məlumata görə, hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib. Ölənlərdən 2-si qadın, biri uşaqdır.

Meyitləri evə gələn 56 yaşlı Ema Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edib və polisə zəng vurub. Ölən digər şəxslərin Ema Şərifovanın bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi Sahib Şərifov olduğu məlum olub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org