Turkiye teyyaresi İranda qezaya ugradi: en azi 11 olu – Foto


[r32]
– xeber –
19:56
İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, sözügedən təyyarə İstanbuldan BƏƏ-nin Şarika şəhəri istiqamətində uçurmuş.
Ehtimal edilir ki, qəzaya uğrayan sərnişin təyyarəsi olub.
Olayla bağlı ətraflı məlumat verilməyib.
***
İSNA İran Mülki Aviasiya Təşkilatı Türkiyəyə məxsus sərnişin təyyarəsinin İranın qərbində qəzaya uğradığını açıqlayıb.
Təyyarə BƏƏ-nin Şarika şəhərindən İstanbula uçurmuş. Qəzanın İranın Çaharmahal və Bəxtiyari mahalları sərhədində baş verdiyi bildirilir.
Qəza yerinə xilasedicilər göndərilib.
***
"Röyter" təyyarənin şəxsi olduğunu və göyərtədəki 11 şəxsin hamısının həlak olduğunu yazıb.
***
İranın Qəza-Xilasetmə Xidmətinin təmsilçisi Moctaba Zaledi jurnalistlərə açıqlamasında Türkiyəyə məxsus qəzaya uğrayan təyyarənin şəxsi təyyarə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, təyyarə Çaharmahal və Bəxtiyariya mahalları arasındakı Kiar şəhəri yaxınlığında, dağda qəza edib.
Rəsmi məlumata görə, təyyarənin göyərtəsində 11 sərnişin olub.
***
Türkiyənin Tehrandakı səfiri Hakan Tekin təyyarədə 3 heyət və 8 sərnişin olduğunu təsdiqləyib. O bildirib ki, qəza yeri artıq məlumdur və xilasedicilər ora yollanıblar.
Hakan Tekin təyyarənin qəza səbəbinin hələlik bilinmədiyini deyib.
Təyyarənin “Başaran Holdinq”ə aid olduğu bildirilib.
***
"RİA Novosti" rəsmilərə istinadla təyyarədə ən azı 11, ən çoxu 20 sərnişin ola biləcəyini qeyd edib. Sərnişinlərin 20 nəfər olma ehtimalı haqda RT də yerli mənbələrə istinadla xəbər paylaşıb.
***
"Milliyət" qəzetinin məlumatına görə, təyyarə iş adamı Hüseyn Başaranın qızı Mina Başaranı və 7 rəfiqəsini Dubaydan İstanbula gətirirmiş. Bildirilir ki, onlar Dubaya "Subaylığa vida partisi"ndə iştirak üçün gediblərmiş.
Təyyarənin kapitanının Beril Gebşan, ikinci pilotun isə Məlikə olduğu deyilir.
***
İran mediasının məlumatına görə, hadisə şahidləri təyyarənin hələ havada ikən alovlandığını bildiriblər.
Anadolu Agentliyinin informasiyasında isə deyilir ki, təyyarə yerli vaxtla 13:30-da İranın hava məkanına daxil olub və 14:40-da radarlardan itib.
***
Türk Qızılay Cəmiyyətinin sədri Kərəm Kınık qeyd edib ki, təyyarənin qəzaya uğradığı ərazi dağlıq bölgə olduğundan xilasedicilər ən tez 3-4 saata olay yerinə çatacaqlar.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org