Turkiye: "Suriyada muharibe bitmeyecek"

– xeber – Ankara terroru Türkiyənin Suriya ilə bağlı siyasətinə təsir edəcək.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Ankara terroru yeni məqamları ortaya çıxardı” adlı məqaləsində qeyd edib.

 

O, bu günə kimi Türkiyənin bir çox şəhərlərində terror aktları törədildiyini bildirsə də, Ankara terrorunu bir çox cəhətlərinə görə bir ilk adlandırıb:

 

“Türkiyə ABŞ-ın YPG-yə dəstəyini haqlı olaraq tənqid edir. 24 noyabr 2015-ci il tarixində Su-24 təyyarəsinin vurulmasından sonra Rusiyanın Türkiyəyə qarşı YPG-dən istifadə etməsi bəlkə də anlaşılandır. YPG İŞİD-ə qarşı müharibə aparsa da, terrorçular yenə də əvvəlki kimi güclüdürlər. Bəşər Əsəd də mövqeyini qoruyub saxlayır və strateji nöqtələr onun əlindədir. Digər tərəfdən də Rusiya Suriyanın mülki əhalisini hədəf alaraq şəhər və qəsəbələri bombalayır. Ruslar dekabr ayından bəri bütün atəşkəslə bağlı razılaşmaları pozub və Münhen anlaşmasına da əməl etməyərək, şəhərləri bombalamağa davam edir. Son vaxtlarda Rusiyanın hücumlarında 2 mindən çox insan həlak olub”.

 

İbrahim Kalın onu qeyd edib ki, İŞİD məğlub edilsə belə Əsəd rejimi cinayətlər törətməyə davam edəcək və bunun qarşını almaq mümkün olmayacaq :

 

“Suriyada müharibə bitməyəcək. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi xalqına qarşı qətlimalar həyata keçirməyə davam edəcək. Bu da daha çox müharibə, qan və qaçqın anlamına gəlir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org