21:36 – xeber – Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhəd xəttinə 35 kilometr uzunluğunda beton divar hörülüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 3 metr hündürlükdə olan beton divarların aprel ayında tamamlanacağı və ümumi uzunluğunun 72 kilometr olacağı gözlənilir.
Beton blokların hər birinin 7 ton olduğu bildirilib. Eyni zamanda divarların üzərinə məftil tellər də çəkilib.
Zirehli texnikaların 24 saat boyunca ətrafda təhlükəsizliyi qoruyacağı da qeyd edilib.