Turkiye sirketi Rusiyaya mexsus reysleri texire salir

4 Yanvar 2016 13:04 – xeber –
İl başlayandan Türkiyəyə məxsus "Pegasus Airlines" aviaşirkəti Moskva və Krasnodardan İstanbula nəzərdə tutulan 6 reysi təxirə salıb.
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, aviadaşıyıcı səbəbin əlverişsiz hava şəraiti olduğunu bildirsə də, şirkətin Rusiyadakı tərəfdaşları bunun viza çətinlikləri ilə bağlı olduğunu deyiblər.
 
Moskvanın "Domodedovo" aeroportunun tablosundakı məlumatlara əsasən, Moskva-İstanbul reysi üzrə hərəkət edən reyslər ya təxirə salınıb, ya da gecikmə ilə gerçəkləşib. Yeni ilin ilk 3 günündə Krasnodar-İstanbul reyslərində də eyni hal müşahidə olunub.
 
"Pegasus Airlines" aviaşirkətinin Rusiyadakı nümayəndəliyi uçuşların təxirə salınmasının sanksiyalarla bağlı olmadığını söyləyib. Şirkətdən bildirilib ki, gecikmə və təxirəsalınmalar İstanbuldakı əlverişsiz hava şəraiti ilə əlaqədardır.
 
"Domodedovo" aeroportundan isə onlar tərəfindən hər hansı problemin olmadığı bildirilib.
 
"Pegasus"un Rusiyadakı ofisində çalışan şəxslərdən biri Rusiya-Türkiyə münasibətlərinin korlanmasından sonra şirklətin bu problemlərlə qarşılaşdığını deyib: "Şirkətdə növbəli heyət çalışır və uçuşların adi qaydada təşkil olunması üçün personalda kifayət qədər viza yoxdur".
 
Qeyd edək ki, Rusiya və Türkiyə arasında vizasız rejim  yanvarın 1-dən dayandırılıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org