Turkiye Qorxmazi ABŞ-dan teleb etdi


[r32]
– xeber –
Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ-ın Baş prokuroru Cef Seşnsə məktub göndərərək, Rza Zərrabın işi üzrə ABŞ-da ifadə verən keçmiş polis əməkdaşının Türkiyəyə qaytarılmasına çağırış edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Gül məktubunda Ankaranın ABŞ-ın bu addımından təəssüfləndiyini bildirib.
“Türkiyə təhlükəsizlik qüvvələrinin keçmiş əməkdaşı Hüseyn Qorxmazın 11 dekabr 2017-ci ildə ABŞ məhkəməsində ifadə verməsi faktından çox təəssüfləndik. Bu insan FETÖ təşkilatında üzvlükdə ittiham olunaraq, axtarışa verilib. Bu bir daha göstərir ki, Türkiyənin bu məhkəmə işinə qarşı şübhəsi əsassız olmayıb”, – məktubda vurğulanıb.
Qeyd edək ki, bundan öncə Qorxmazın Zərrab işi ilə bağlı ifadə verməyə hazır olması haqqında informasiya yayılıb. “Hürriyet” qəzeti Federal Təhqiqatlar Bürosunun bunun üçün Qorxmaza 50 min dollar ödədiyini bildirib.
Zərrab noyabrın sonundan məhkəmədə özünün təqsirkar olduğunu etiraf edib və İrana qarşı embarqo qadağasının yarılmasında iştirak etdiyini bildirib. O, bu işdə Türkiyənin dövlət bankı olan “Xalqbank”ın rəhbər heyəti ilə birgə hərəkət etdiyini açıqlayıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org