Turkiye ile ABŞ-in sohbeti bas tutmadi: FETÖ ve PKK


[r32]
– xeber –
ABŞ Dövlət katibi Reks Tillerson Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündə Ankaranın Suriya münaqişəsindən tutmuş, ABŞ-da yaşayan Fətullah Gülənin ekstradisiyasına qədər bir sıra narahatlıqlarını aradan qaldıra bilməyib.
Bu barədə “Faynenşl Tayms” qəzeti yazıb.
“Türkiyə rəsmiləri bildirirlər ki, Donald Trampın prezident seçilməsinin ardınca Vaşinqtonla münasibətləri təzələməyə çalışan Ankara bu danışıqlardan məyus çıxıb. Cənab Tillerson iki NATO müttəfiqini bir-birindən aralı salan əsas məsələlərə – ABŞ-ın Türkiyənin gözündə terrorçu olan Suriya kürdlərinə dəstəyi, Ankaranın çevriliş cəhdinin arxasında durmaqda ittiham etdiyi müsəlman vaiz Fətullah Gülənin ekstradisiyası və nəhayət Türkiyənin dövlət banklarından birinin vəzifəli direktorunun bu həftə Nyu Yorkda həbs edilməsinə çox zəif reaksiya verib”, – qəzet yazıb.
Məqalədə deyilir ki, tərəflər arasındakı gərginlik Tillersonun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında da hiss olunurdu:
“Çavuşoğlu Ankaranın səbirsizliyini dəfələrlə ifadə etsə də, Tillerson ABŞ-ın Suriya kürdlərinə dəstəyi barədə üç sualdan yayınmağa çalışıb.
ABŞ dövlət katibi nəhayət bu məsələnin "çox mürəkkəb seçim" olduğunu deməklə yaxasını qırağa çəkib.
Tillerson deyib ki, tərəflər onların əllərində olan imkanları müzakirə ediblər.
"Bunlar çox çətin qərarlardır və açığını deyim ki, biz çox çətin seçimlər etməli oluruq" – deyib dövlət katibi”.
Qəzet yazır ki, Suriyada İŞİD-lə mübarizədə kürdlərin YPG birləşməsinə dəstək verməklə Vaşinqton Ankaranı çoxdan bəridir ki, qəzəbləndirir.
“Türkiyə əslində Suriyaya kürd qruplaşmalarının güclənməsinin qarşısını almaq üçün müdaxilə edib.
Cənab Ərdoğan ABŞ-ın YPG-yə dəstəyini dəfələrlə "xəyanət" adlandırıb.
Çavuşoğlu Ankaranın bu narazılğını mətbuat konfransında bir daha dilə gətirib.
"Biz İŞİD-ə qarşı birlikdə döyüşə bilərik. Lakin bir terrorçu qrupla mübarizədə başqa bir terrorçu qrupu dəstəkləmək düzgün deyil. Çox təəssüf ki, belə bir dəstək davam edir" – Çavuşoğlu bildirib.
Cənab Tillerson Türkiyənin Rakkanı İŞİD-in əlindən almaq üçün hərbi dəstək təklifini birbaşa rədd etməyib.
Kürdlər isə bildirirlər ki, Raqqa əməliyyatında ABŞ-ın müttəfiqi olduqları şübhəsizdir.
Suriya Demokratik Qüvvələrinin sözçüsü Təlal Sello deyib ki, kürdlər Rakkanın blokadaya alınmasından bəri ABŞ-ın yeganə müttəfiqi olaraq qalırlar.
Sözçü deyib ki, ABŞ kürdlərə Türkiyənin də iştirak təklifini verib.
“Amma biz bu təklifi rədd etdik və axırda bizim mövqeyimiz qəbul olundu” – Sello bildirib.
“Faynenşl Tayms” Amerikanın bu seçimini bilən Türkiyənin artıq çərşənbə günü "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edərək Suriyadakı hərbi əməliyyatlarını dayandırdığını yazıb.
Beləliklə, Türkiyə hazırda kürdlərin nəzarətində olan Menbic və İŞİD-in nəzarətində olan Rakka üzərinə hücum ambisiyalarını və Suriyada 5 min kvadrat kilometrlik bufer zonası yaratmaq planlarını da tərk edib.
Qəzet YPG-nin PKK ilə yaxın münasibətlərə malik olduğunu və PKK-nın həm Vaşinqton, həm də Ankara tərəfindən terrorçu təşkilat kimi tanındığını da vurğulayıb.
Çavuşoğlu habelə 1999-cu ildən bəri Pensilvaniyada yaşayan türk müsəlman vaizi Fətullah Gülənin Türkiyəyə təslim edilməsi ricasını bir daha səsləndirib.
Öz növbəsində Gülən Türkiyədə ötən iyul ayında yer almış uğursuz çevriliş cəhdi ilə heç bir əlaqəsi olmadığını söyləyir.
Məqalədə xatırladılır ki, bu həftə həm də Türkiyənin “Xalq Bank” bankının direktorlarından Hakan Atilla ABŞ-da həbs edilib. O bir İran-Türkiyə ikili vətəndaşı vasitəsilə İranın ABŞ sanksiyalarından yan keçməsinə yardım göstərməkdə ittiham olunur.
Türkiyə bu həbsin siyasi motivli olduğu qənaətindədir. Çavuşoğlu bildirib ki, bu həbsin arxasında bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılmış ABŞ prokuroru Preet Bharara durur. Türkiyə rəsmisi iddia edir ki, prokuror Fətullah Gülənin təsiri altına düşüb.
Çavuşoğlu deyib ki, Bharara və Gülən çox yaxın münasibətlərə malik olublar.
Cənab Bharara bu yaxınlarda yazdığı tvitdə Tillersonun Türkiyəyə səfəri zamanı müxalifətlə görüşməmək qərarını pisləyib.
BBC Azəri

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org