– xeber – YPG adlı terror təşkilatı hər kəsin gözü qarşısında böyük dövlətlərlə oyun oynayır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin hakim partiyası AKP-nin sözçüsü Ömər Çəlik deyib.
“Heç bir ölkə milli təhlükəsizliyini başqalarının “İradımızı bildirəcəyik” sözlərinə qurban verə bilməz. Milli təhlükəsizlik naminə atdığımız addımların digərləri tərəfindən tənqid edilməsinə müsbət yanaşa bilmərik. Xüsusilə, Rusiya mediasında III Dünya müharibəsinin başlayacağı ilə bağlı qara piar aparılır. Xarici fərziyyələrə heç bir şəkildə qulaq asmamalıyıq. Türkiyənin atdığı addımların heç biri müharibə ssenarisinin parçası deyil”, – Çəlik vurğulayıb.