Turkiye: Ankara-Moskva elaqesi Qarabaga tesir ede biler

14:57 – xeber – Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərə bilər.
 
Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Ali Resul Usul Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda müzakirələr zamanı söyləyib.
 
Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə toxunan A.R.Usul bildirib ki, Rusiya təyyarəsi vurulandan sonra belə Rusiya və Türkiyə arasında diplomatik əlaqələr dayandırılmadı:
 
"Türkiyənin Rusiyadakı, Rusiyanın Türkiyədəki səfirləri geri çağırılmadı. Rusiyanın Türkiyəyə, Türkiyənin Rusiyaya ehtiyacı var".
 
O qeyd edib ki, Rusiya və Türkiyə arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları olduğu sirr deyil: "Məsələn, Suriya, Ukrayna məsələsində mövqelərimizin fərqli olduğu, anlaşa bilmədiyimiz sirr deyil. Ancaq hər iki ölkənin bir-birinə ehtiyacı var".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org