Turkiye almanlarin toretdiyi soyqirimi parlamente cixarir

22:34 – xeber – Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Metin Külünk 1904-1097-ci illərdə Kayzer Almaniyasının Namibiyada törətdiyi kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcək.
 
ANS xəbər verir ki, M.Külünk qlobal güclərin Türkiyəni təslim etmək istədiklərini, bunun üçün isə “erməni məsələsi”ndən istifadə etdiklərini deyib.
 
Külünk soyqırımın ana vətəninin Avropa olduğunu işarə edərək bildirib ki, tarixçilər soyqırımın necə həyata keçirildiyini öyrənmək istəyirlərsə, Norveç, Almaniya, İngiltərəyə baxsınlar.
 
“Bosniya və Herseqovinada 1990-cı illərdə baş verənlərə baxmalıdırlar. Əgər bu ölkələrin tarixləri araşdırılsa, soyqırım mədəniyyətinin Avropada meydana gəldiyi, inkişaf etdiyi və həyata keçirildiyi açıq-aşkar görünür. Çünki Avropa mədəniyyətinin mərkəzində insanlığı olduğu kimi qəbul etmək deyil, özünə bənzətmək dayanır”, – Külünk bildirib.
 
Almanların 1900-cü illərin əvvəllərində Afrikada yerləşən Nambiya dövlətindəki yerli xalqa qarşı soyqırım törədildiyini diqqətə çatdıran Külünk bildirib ki, həmin soyqırım zamanı 75 min insan qətlə yetirilib.
 
Almanların 1990-cü illərin əvvəllərində bölgəni ələ keçirmək cəhdlərinə qarşı çıxan yerli xalqın ¾ yox edildi. Bu kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcəm, – Külünk bildirib.

Namibiya soyqırımı 1904-1907-ci illərdə Kayzer Almaniyasının işğalçı qüvvələrinin Cənub-Qərbi Afrikanın bu ölkəsində herero (bantu) və nama (qottentotlar) qəbilələrinin əhalisinin 80 faizə qədərinin qətlə yetirilməsi aktıdır. Həmin qətliam xalq üsyanını yatırmaq üçün həyata keçirilib.
 
Türkiyənin bu addımı Almaniya Bundestaqının 1915-ci il hadisələrini «erməni soyqırımı» kimi tanımasına cavab kimi qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, 2004-cü ildə Almaniya Namibiya soyqırımını rəsmən tanıdığını elan edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org