23:48 – xeber – ABŞ Türkiyədəki səfiri Con Bass Xarici İşlər Nazirliyinə çağırılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, buna səbəb ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin PYD ilə bağlı açıqlaması olub.
XİN nümayəndəsi Ümit Yalçın Con Kirbinin PYD –yə dair açıqlamasından təəssüfləndiyini ifadə edib.
Qeyd edək ki, Kirbi ABŞ-ın PYD-ni terror qruplaşması olaraq görmədiyini qeyd etmişdi.
Bu açıqlamadan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ hökumətinə etirazını bildirmişdilər.