Turkiye ABŞ-dan iznsiz Suriyaya gire bilermi?

20:13 – xeber – Britaniyanın “Faynənşl Tayms” qəzeti Türkiyənin ABŞ-ın razılığı olmadan Suriyaya birbaşa müdaxilə edə bilməyəcəyini açıqlayıb.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalədə Ankaranın Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq istədiyi qeyd olunub:

“Bir neçə kilometr əraziyə sahib olacaq bu bölgə Türkiyənin əsas qayğısı olan kürd axınını dayandıracaq. Belə bir addım Rusiya və Suriya ordusunun sıxışdırdığı mülayim müxalif qruplar üçün də etibarlı bölgə ola bilər.

Şimalda İslam Koalisiyası

Suriyalı müxaliflərin fikrincə, müxalif qrupların bəzi liderləri Ankara və İstanbulda türkiyəli hərbi səlahiyyətlilərlə bir araya gələrək şimalda yeni “İslam koalisiyası” yerləşdirilməsi ehtimalını müzakirə ediblər.

NATO üzvləri Rusiyanın olduğu bir bölgədə hərbi qüvvə saxlamaq istəmir. Yaxın Şərq İnstitutundan Çarlz Lister artıq Suriyanın tamamilə nəzarətdən çıxdığını deyir:

“Suriya nəzarətdən çıxıb. Ölkənin şimalında yaşananlar müharibənin gedişatını dəyişdirə bilər. Lakin Türkiyə ABŞ-ın razılığı olmadan müdaxilə etməyəcək. Buna baxmayaraq, Ankara torpaqlarından suriyalı üsyançıları döyüş bölgələrinə göndərməkdə davam edir.

Əsas məsələ Rusiyadır

Vaşinqton İŞİD-ə qarşı əməliyyatları genişləndirmək niyyətindədir. Amerikalı hərbçilər Ağ Evin xüsusi plan hazırladığını açıqlayıb. Bundan sonra müxalif qüvvələrə yardım daha geniş vüsət alacaq. Əsas məsələ Rusiyanı cəzalandırmaqdır. Amma bunun necə reallaşacağı isə sual altındadır”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org